Alleqri “Yuventus”un qış transfer hədəflərindən danışdı

“Yuventus”un baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri “qoca sinyora”nın qış transfer hədəfləri barədə danışıb.

Arena.az Turin klubunun mətbuat xidmətinə istinadən, Alleqrinin bu barədə fikirlərini təqdim edir:

“Transfer bazarına gəlincə, biz yalnız çox işləməyə diqqətlə köklənməliyik. Komanda fərdi qaydada inkişaf edir. Biz eyni ruhda davam etməliyik”, deyə Alleqri mövsümün ikinci yarısında ilk növbədə öz mövcud qüvvələri və ehtiyatları ilə keçinəcəyini başa düşməyə əsas verib.

Hazırda “Yuventus” İtaliya A Seriyasında keçirdiyi 18 turdan sonra 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və çempionatın 45 xalla lideri “İnter”i daban-daban təqib edir.

“Yuventus” üçün mövsümün ikinci yarısı yanvarın 4-də İtaliya Kubokunun 1/8 final mərhələsində “Salernitana”ya qarşı oyunla başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: