Alleqri “Yuventus”un qış transfer planlarından danışdı

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “qoca sinyora”nın cari qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Klub, heyətimizə uyğun oyunçu tapmaq üçün vəziyyəti öyrənir. Heç kimlə müqavilə imzalamasaq, fəsad deyil, hazırkı komandadan çox razıyam. Rəhbərlik nə etmək gərək olduğunu dəqiq bilir, amma bəzən maşının yaxşı işləməsinə çalışmaq yalnız çətinlikləri artıra bilər. Futbol oynamağı bacaranları bəyənirəm və onlar “Yuventus”un gənclər komandasında kifayət qədərdir”, deyə Alleqri komandanın öz ehtiyatlarına daha çox güvəndiyini başa düşməyə əsas verib.

Hazırda “Yuventus” İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparır. Klub rəhbərliyi və Alleqrinin özü bunu daha güclü “İnter”in mənzərəsində etiraf etməsələr də, indi “Yuventus” zehniyyəti və fəaliyyəti məhz İtaliya çempionluğuna köklənib.

A Seriyasının ilk dövrəsindən, 19 turdan sonra “Yuventus” 46 xalla turnir cədvəlində 2-ci, “İnter” isə 48 xalla 1-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: