Bu gün futbol üzrə Almaniya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.
“Leypsiq” doğma meydanda “Volfsburq”la münasibətləriinə aydınlıq gətirib. Tək qolla qalib gəlmiş “Leypsiq” yarımfinala yüksəlibsə, “Volfsburq” mübarizəni dayandırıb
Xatırladaq ki, daha öncə “Ştutqart”, “Bayer” və “Arminiya” da yarımfinala vəsiqəni təmin etmişdilər.
Almaniya Kubokunun yarımfinal mərhələsinin püşkü martın 2-də atılacaq.
Almaniya Kuboku
1/4 final
4 fevral
Ştutqart – Auqsburq 1:0
Qol: Undav, 30.
5 fevral
Bayer – Köln 3:2
Qollar: Şik, 61; 90+6. Bonifase, 98 – Dauns, 45+10. Maina, 54.
25 fevral
Arminiya – Verder 2:1
Qollar: Vorl, 35. Malatini, 41-öz qapısına – Burke, 56.
26 fevral
Leypsiq – Volfsburq 1:0
Qol: Şeşko, 69-pen.



