Almaniya – Portuqaliya oyununda yeni qayda qüvvəyə mindi

Millətlər Liqasının Almaniya – Portuqaliya yarımfinal oyununda (1:2) UEFA penaltilərin icrası üzrə yeni qaydanın tətbiqinə başlayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən məlumat verir:

“UEFA, penaltini yerinə yetirən oyunçunun topa təsadüfən ikiqat toxunuşu halında IFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) 14-cü qaydasına aid izahı təxirəsalınmadan tətbiq etməyə başlayacaq. Beləliklə, UEFA Millətlər Liqasının Almaniya və Portuqaliya yığmaları arasında yarımfinal oyunundan başlayaraq, UEFA-nın bütün oyunları 14-cü qaydanın yeni tətbiqi ilə keçiriləcək. FIFA təsdiqləyib ki, bu, 2026-cı il dünya çempionatının Avropa təsnifat mərhələsinin oyunlarına da şamil ediləcək”, – UEFA-nın rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, yeni qaydalara əsasən, penaltini vuran oyunçunun topa ikiqat toxunuşu halında:
– qolla gerçəkləşdirilmiş penalti təkrarlanır;
– qolla gerçəkləşdirilməmiş penalti əvəzinə sərbəst zərbə təyin edilir;
– penaltilər silsiləsində isə zərbə gerçəkləşdirilməmiş olaraq qeydə alınır.

Xəbəri sosial şəbəkələrdə paylaş: