Ançelotti: “Düşündüyümü desəm, çox oyunu buraxmalı olaram”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının La Liqanın 10-cu turunda “Sevilya” ilə oyunu (1:1) haqda təəssüratlarını bölüşüb.

Arena.az Ançelottinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Rişxənd – bugünkü oyunu şərh etməyin yeganə yoludur. Fikrimi desəm, bir çox oyunu buraxmalı olacağam. Mənim üçün həqiqətən vacib olan “Real”ın ehtiyat oyunçular skamyasında olmaqdır. Ona görə də diskvalifikasiyalardan qaçmaq daha yaxşıdır. Bunun üçün düşündüyümü deməyə dəyməz, sadəcə rişxənddən istifadə etməlisən.

Oyun çox rəqabətli, böyük tezlik şəraitində keçdi. İlk hissəni ikinci hissədən daha yaxşı oynadıq, yaranmış imkanları gerçəklləşdirə bilmədik. Bu müddətdə “Sevilya” çox intensiv oynadı və bizə qol vurdu. Odur ki nəticə də mənə ədalətli görünür. Düşünürəm ki, hakim oyunu yaxşı keçirdi və futbolçuların sağlamlığını qorumağa çalışdı”, deyə Ançelotti bildirib.

“Real” hazırda 10 turdan sonra 25 xalla La Liqanın lideridir, amma 9 oyun keçirmiş “Atletiko” və “Qranada” hərəyə 22 xal topylayıblar və növbəti oyunda qələbə qazanaraq “kral klubu”una çata bilərlər. “Sevilya” isə 9 oyundan 9 xal toplayıb və hazırda 13-cü pillədə yer alıb. “Sevilya”nın ehtiyatda təxirə salınmış 1 oyunu olduğunu və 10-cu turun başa çatmadığını nəzərə alsaq, komandanın turnir cədvəlində yerdəyişməsi qaçılmazdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: