Ançelotti “Leqanes” üzərində əzmkar qələbəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 29-cu turunun autsayder “Leqanes”lə 29-cu tur ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qaymaqlılar” 3:2 hesablı çətin, əzmkar qələbə qazanıblar.

Ançelotti matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə, biz penalti sayəsində hesabda üstünlük qazandıqdan sonra, tarazlığımız əskik idi, çünkü komandam mövqeyini düzgün seçmirdi. Amma ikinci hissədə biz yaxşı fəalyyət göstərirdik və oyunun gedişini dəyişdik.

Hakimlik? “Leqanes” kimi, biz də şikayətlənə bilərik, çünki hesab 1:2 ikən Braim Diasa qarşı qayda pozuntusu vardı. Mən Bellingemlə bağlı məqamı görməmişdim. Hakim öz qərarlarını qəbul etdi, bu qədər.

Mən, bizim fəsadlar yaşamadığımız hansısa oyunu xatırlaya bilmirəm. Asan oyunlar olmur, biz isə bunu gözəl başa düşürük. Bu, fəsad deyil.

Kilian Mbappe və onun dübarə qoluna gəlinə, o, çox yaxşı oynayır və fərq yaradır. Biz ondan məhz elə, bunu da istəyirik. Dünən o, öz güc-qüvvəsini cərimə zərbələrini yerinə yetirilməsində sınayıb və çox səmərəli olub, bu gün isə biz ona etimad etdik”, – “Mundo Deportivo” nəşri italyan mütəxəssisdən sitat gətirir.

29 oyundan 63 xal toplamış “Real” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Leqanes” isə 27 xalla 18-ci pillədədir.

La Liqaya 28 oyundan 63 xal toplamış “Barselona” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: