“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “qaymaqlılar”ın və “Barselona”nın hədəflərini müqayisə edib.
Arena.az bu barədə “El Chiringuito TV”yə istinadən məlumat verir:
“Xavi bildirib ki, “Barselona”nın Çempionlar Liqasındakı hədəfi pley-off mərhələsinə çıxmaqdır. “Real”ın məqsədi həmişə ən azı, yarımfinala çıxmaqdır və mən buna nail ola biləcəyimizi düşünürəm”, deyə Ançelotti əminliklə bildirib.
Xatırladaq ki, sabah, sentyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Real” “Union Berlin”i qəbul edəcək.
“Real” sonuncu dəfə 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub. “Kral klubu” turnirin finalında “Liverpula” 1:0 hesabı ilə qalib gəlmişdi.


