Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” matçı Sumqayıtda keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
“Dalğa Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, PFL-in təftişi və Əsasnamənin müvafiq bəndi ilə Azərbaycan Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” görüşünün “Sumqayıt Arena”da oynanılmasına qərar verilib.
Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.


