Arda Gülər debüt etdi, “Real” 1/8 finala yüksəldi

Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Arda Gülər İspaniyanın “Real” klubunda ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, gənc futbolçunun debütü İspaniya Kubokunun 1/16 final mərhələsinə təsadüf edib.

Madrid nəhəngi bu mərhələdə aşağı liqa təmsilçisi “Arandina” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyundan inamlı qələbə ilə ayrılan paytaxt klubu 1/8 finala yüksəlib. Arda Gülər bu oyuna start heyətdə başlayıb və 59-cu dəqiqədə əvəzlənib.

Ötən gecə İspaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində bütövlükdə 6 qarşılaşma baş tutub. Madridin digər təmsilçisi “Atletiko” da inamlı qələbə sayəsində mərhələ adlayıb. Paytaxt klubları ilə yanaşı “Alaves”, “Rayo Valyekano”, “Jirona” və “Xetafe” də 1/8 final mərhələsinə yüksəlib.

İspaniya Kuboku
1/16 final mərhələsi
6 yanvar

Alaves – Betis 1:0

Hueska – Rayo Valyekano 0:2

Elçe – Jirona 0:2

Espanyol – Xetafe 0:1

Luqo – Atletiko 1:3

Arandina – Real 1:3

7 yanvar

15:00. Amorebieta – Selta
15:00. Burxos – Malyorka
19:00. Kastelyon – Osasuna
19:00. Ferrol – Sevilya
21:00. Yunionistas – Vilyarreal
22:00. Eybar – Atletik
22:00. Kartaxena – Valensiya
00:00. Barbastro – Barselona
00:00. Malaqa – Real Sosyedad
01:00. Tenerife – Las Palmas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: