“Arsenal” Kiran Tirni ilə yeni müqavilə bağladı

İngiltərənin “Arsenal” klubu müdafiəçisi Kiran Tirni ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlansa da, detallar barədə ətraflı məlumat verilməyib. Amma Britaniya mətbuatı tərəflərin 5 illik müqaviləyə imza atdığını yazır.

Kiran Tirni “Arsenal”a 2019-cu ildə Şotlandiyanın “Seltik” klubundan transfer olunub. Şotlandiya yığmasının da üzvü olan futbolçu “topçular”ın heyətində 62 matça çıxıb, 3 qola imza atıb.

Sol cinah müdafiəçisi Şotlandiya yığmasında 23 oyun keçirib.

“Arsenal” digər müdafiəçisi Dinos Mavropanosun da “Ştutqart”a icarəyə verildiyini açıqlayıb. 2018-ci ildən London klubunda olan Yunanıstan yığmasının üzvü, geridə qalan mövsümü də Bundesliqa klubunda icarədə keçirmişdi.