Arteta “Portu” ilə ÇL oyununda azarkeşlərinə güvənir

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə “Portu” ilə qarşıdakı ev oyunu haqda danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İlk oyundakından daha çox qol imkanı yaratmaq üçün yaradıcılığımız üzərində işləməliyik. Çempionlar Liqasının səviyyəsi belədir – bu yarışda siz həmişə yüksək səviyyəli komandalarla mübarizə aparırsınız. Daha yaxşı görünməliyik.

Ümidvaram ki, azarkeşlərimiz səs-küy salacaqlar və biz birlikdə keçib davam edəcəyik. Azarkeşlər bəzən öz əhəmiyyətini tam dərk etmirlər. Onlara ehtiyacımız var ki, topu bizimlə birlikdə irəli qovsunlar. Daha bir gözəl avrokubok axşamı yaşamaq üçün əla fürsət olacaq”, deyə Arteta oyun haqda gözləntilərini ifadə edib.

Xatırladaq ki, Portuda keçirilmiş ilk oyunda “əjdahalar” “topçular”ı 1:0 hesabı ilə məğlub ediblər.

Cavab oyunu martın 12-də Londonun “Emireyts” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: