Asim Xudiyev ÇL-in “Kayrat” – “Sutyeska” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan 2026/2027-ci illər mövsümü üçün ilk təyinatı alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Asim Xudiyev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Almati şəhərində yerləşən “Ortalik” stadionunda baş tutacaq. İyulun 8-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xatırladaq ki, yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında sonuncu çempion “Sabah” təmsil edəcək. Paytaxt klubu ilk təsnifat mərhələsində Uels çempionu TNS ilə qarşılaşacaq. İlk oyun iyulun 7-də Masazırda, cavab görüşü eyni ayın 14-də səfərdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: