Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, mərhələnin ikinci oyunu “Fiorentina” ilə “Atalanta” arasında baş tutub.
Matç Florensiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların qapısına yeganə qolu Rolando Mandraqora vurub.
Bu komandalar arasındakı cavab oyunu aprelin 24-də keçiriləcək.
Xatırladaq ki, İtaliya Kubokunda yarımfinalın digər görüşü ötən gecə “Yuventus”ıa “Latsio” arasında baş tutub. Həmin oyunda da meydan sahibləri qalib gəlmişdilər.
İtaliya Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
Yuventus – Latsio 2:0
Qollar: Kyeza, 50. Vlahoviç, 64.
3 aprel
Fiorentina – Atalanta 1:0
Qol: Mandraqora, 31.


