Avroliqa: Əsas mərhələnin bütün iştirakçıları bəlli oldu

Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində mübarizə aparacaq bütün komandalar bəlli olub.

Arena.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyunları avqustun 27-də və 28-də keçirilib.

Beləliklə, Avropa Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda mübarizə aparacaq:

İngiltərə: “Kristal Pelas”, “Sanderlend”, “Bornmut”
Fransa: “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Renn”
Almaniya: “Bayer”, “Hoffenhaym”
Portuqaliya: “Benfika”, “Torrense”
İtaliya: “Yuventus”, “Milan”
Niderland: “Alkmar”, “Neymegen”
Yunanıstan: “Olimpiakos”, OFİ
İspaniya: “Real Sosyedad”, “Selta”
Çexiya: “Viktoriya”, “Sparta”
Belçika: “Anderlext”, “Union”
Avstriya: “Zalsburq”, “Şturm”
Polşa: “Lex”, “Yagelloniya”
Macarıstan: “Ferentsvaroş”
Xorvatiya: “Dinamo” (Zaqreb)
Şotlandiya: “Seltik”
Sloveniya: “Çele”
Kipr: “Omoniya”
Türkiyə: “Beşiktaş”
İsrail: “Hapoel” (Beer Şeva)
Norveç: “Lilleström”
Bolqarıstan: “Levski”
Ermənistan: “Ararat”

Avroliqanın Liqa mərhələsinin püşkatması avqustun 28-də keçiriləcək. Püşkatma öncəsi iştirakçı komandalar aşağıdakı səbətlərə bölünüblər:

Turnirdə komandalar vahid turnir cədvəlində yer alacaqlar və hər biri səkkiz oyun keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: