Bu gün keçirilmiş qarşılaşmalarla futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə baş tutub.
Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”ın “Vestri”yə (İslandiya) böyük hesabla qalib gəldiyi gündə daha 5 görüş keçirilib.
Ağdam təmsilçisinin potensial rəqiblərinin görüşündə ÇSKA (Sofiya) “Derri Siti”yə səfərdə də qalib gəlib. Bu isə o deməkdir ki, ağdamlılar növbəti raundda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaqlar. Azərbaycan klubu yenə ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk oyunları gələn həftə keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
16 iyul
Derri Siti (İrlandiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 1:2 (ilk oyun 2:3)
Universitatya (Kluj, Rumıniya) – Dinamo (Kiyev, Ukrayna) 0:0, penaltilər 2:4 (0:0)
Aluminiy (Sloveniya) – Şerif (Tiraspol, Moldova) 0:1 (0:0)
Ferentsvaroş (Macarıstan) – Voyvodina (Serbiya) 3:0 (2:1)
Jilina (Slovakiya) – Hayduk (Split, Xorvatiya) 2:1 (0:2)
Vestri (İslandiya) – Qarabağ (Azərbaycan) 0:3 (0:3)


