Avroliqa: “Qarabağ” qrup oyunları üçün 25 futbolçu sifariş etdi

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun iştirak ərizəsində 25 futbolçunun adı yer alıb.

Yeni transferlər Mateus Silva ilə Andrey Lunyov da qrup mərhələsinin oyunları üçün sifariş olunublar. Ümumilikdə heyətdə 3 qapıçı, 9 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov;

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 66. Patrik Andrade;

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: