Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Ağdam klubu turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub etsə, növbəti raundda “Şerif” (Moldova) – “Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Komandamız ilk oyunu səfərdə keçirməli olacaq.
“Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS komandasını keçə bilməsə, mübarizəni Avroliqada davam etdirəcək. O zaman paytaxt klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin ilk oyunları 6 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda keçiriləcək.
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkünün nəticələri belədir:
Avroliqa, Çempionlar yolu
Larne (Şimali İrlandiya)/Srvena Zvezda (Serbiya) – İberiya (Gürcüstan)/Slovan (Slovakiya)
Myallbü (İsveç)/Linkoln (Cəbəllüttariq) – Omoniya (Kipr)/Kayrat (Qazaxıstan)
KuPS (Finlandiya)/Sabah” (Azərbaycan) – Levski (Bolqarıstan)/ Universitatya (Krayova, Rumıniya)
Ararat (Ermənistan)/Şemrok Rovers (İrlandiya) – Eqnatiya” (Albaniya)/Çelye (Sloveniya)
Orhus (Danimarka)/Lex (Polşa) – Klaksvik (Farer adaları)/Jalgiris Kaunas (Litva)
Tyun (İsveçrə)/Dinamo (Zaqreb, Xorvatiya) – Vikinqur (İslandiya)/Hapoel (Beer-Şeva, İsrail)
Əsas yol
Tromse (Norveç)/Hradeç (Çexiya) – Beşiktaş (Türkiyə)/Midtyulland (Danimarka)
Yagelloniya (Polşa) – Reyncers (Şotlandiya)
Dinamo (Kiyev, Ukrayna)/PAOK (Yunanıstan) – Hammarbü (İsveç)/Anderlext (Belçika)
Hayduk (Xorvatiya)/Pafos (Kipr) – Zalsburq (Avstriya)
Sent-Qallen (İsveçrə)/Benfika (Portuqaliya) – Şturm (Avstriya)/Harts (Şotlandiya)
Şerif (Moldova)/Makkabi (Təl-Əviv, İsrail) – Qarabağ (Azərbaycan)/ÇSKA (Sofiya, Bolqarıstan)
Tvente (Niderland)/Ferensvaroş (Macarıstan) – Fənərbağça (Türkiyə)/Qurnik (Polşa)


