Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsindəki bütün cütlüklərin tərkibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu, sözügedən turnirin 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmalarından sonra dəqiqləşib.
Mübarizəyə birbaşa bu mərhələdən qoşulacaq “Trabzonspor”u Macarıstan “Ferentsvaroş”u ilə görüşlər gözləyir. Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə Avroliqanın Liqa mərhələsinə yüksəlmək üçün Litvanın “Kauno Jalgiris” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
20 avqust – 27 avqust
Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan)
Universitatya (Krayova, Rumıniya) – Ararat (Ermənistan)
Sent-Trüden (Belçika) – Omoniya (Kipr)
Srvena Zvezda (Serbiya) – Viktoriya (Çexiya)
Eqnatiya (Albaniya) – Lilleström (Norveç)
Yagelloniya (Polşa) – İberiya (Gürcüstan)
Myalbü (İsveç) – Zalsburq (Avstriya)
Kayrat (Qazaxıstan) – Anderlext (Belçika)
Lex (Polşa) – Tyun (İsveçrə)
Beşiktaş (Türkiyə) – Kauno Jalgiris (Litva)
Benfika (Portuqaliya) – Orhus (Danimarka)
OFİ (Yunanıstan) – ÇSKA (Sofiya, Bolqarıstan)


