Avroliqa: “Zirə” “Şerif”lə oyunlar üçün iştirak ərizəsini açıqladı

“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Şerif”ə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Rəşad Sadıqov iştirak ərizəsinə 22 oyunçunun adını daxil edib.

Qapıçılar: 41. Anar Nəzirov, 97. Tyaqo Silva, 99. Səlim Həşimov;

Müdafiəçilər: 3. Ange Mutsinzi, 4. Ruan Renato, 5. Stefan Akka, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 32. Qismət Alıyev;

Yarımmüdafiəçilər: 6. Eldar Quliyev, 8. İsmayıl İbrahimli, 15. Pyer Zebli, 18. Junior Martins, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 28. Abbas İbrahim, 29. Ceyhun Nuriyev, 70. İssa Cibrilla;

Hücumçular: 11. Rüstəm Əhmədzadə, 23. Rafael Utziq, 90. David Volkov.

Sonda onu da qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Moldovada keçiriləcək. Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: