Avropa birinciliyi: Amin Məmmədzadə bürünc medalla kifayətləndi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyi davam edir. Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində yarımfinal döyüşləri keçirilir.

Azərbaycan yığmasının heyətində finala vəsiqə üçün Kənan Babayevin (48 kq) ardınca Amin Məmmədzadə (51 kq) də rinqə çıxıb.

1/8 finalda irlandiyalı, 1/4 finalda ermənistanlı rəqibinə qalib gələn Azərbaycan çempionu üçüncü qarşılaşmasında Gürcüstan idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə Amin Məmmədzadə Avropa birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, 39 ölkədən 400-dən artıq boksçunun qüvvəsini sınadığı Avropa birinciliyi aprelin 21-də yekunlaşacaq. Həlledici görüşlər də sabah keçiriləcəkj. Kənan Babayev çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: