Avropa birinciliyinə 19 boksçu ilə

İyulun 22-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyinə start veriləcək.

Arena.az xəbər verir ki, 9 gün davam edəcək yarışa Azərbaycan yığmaları da qatılacaq.

Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımız mübarizə aparacaqlar:

Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)

Qız boksçulardan ibarət komandanı isə qitə birinciliyində rinqə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılov çıxaracaq. Onlar Avropa birinciliyinə bu idmançıları aparıblar:

Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də yer alacaq.

Rumıniyaya bu gün yollanan boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

Qeyd edək ki, Avropa birinciliyinin püşkü iyulun 21-də atılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: