Aprelin 6-7-də Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.
Arena.az xəbər verir ki, yarışa 29 ölkədən 375 idmançı qatılacaq.
Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 xanım cüdoçu ilə təmsil olunacaq.
Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev, Arzu Acalova və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaqlar.
Millimizin heyətində bu cüdoçular yer alıblar:
-48 kq
Ramilə Əliyeva
-57 kq
Nərgiz Hacıyeva
-63 kq
Aytac Qardaşxanlı
-70 kq
Südabə Ağayeva
Günel Həsənli
-78 kq
Nərmin Əmirli
Avropa Cüdo Birliyinin təqviminə görə 6-7 apreldə Çexiyanın Teplis şəhərində də yeniyetmələr cüdoçular arasında Avropa Kuboku keçiriləcək. Turnirdə 32 ölkədən 627 idmançı iştirak edəcək.
Azərbaycan yarışda qızlar arasında 7 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
-40 kq
Xədicə Abdullayeva
-44 kq
Leyla Ələkbərova
-48 kq
Könül Eyvazlı
Nuranə Hacızadə
-52 kq
Səmayə Yusifli
Aysun Məmmədova
Aliyə Rüstəmova
Vüsalə Hacıyeva
-57 kq
Nilgül Rzayeva
Aytən Verdiyeva
-63 kq
Fidan Cəlilli
Mələk Bayramlı
-70 kq
Rəna Əhmədova


