Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcəklər.
İngiltərənin “Mançester Yunayted” komandası evdə Lion “Olimpik”i (Fransa) ilə üz-üzə gələcək. İngiltərənin digər təmsilçisi “Tottenhem” isə Almaniyada Frankfurt “Ayntraxt”ının qonağı olacaq.
İtaliya klubu “Latsio” evdə Norveç təmsilçisi “Bodo Qlimt”lə münasibətlərinə aydınlıq gətirəcək. Şotlandiya “Reyncers”i isə İspaniyada “Atletik”lə görüşəcək.
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.
Avropa Liqası
1/4 finalın cavab oyunları
17 aprel
23:00. “Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 0:0.
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Olimpik” (Lion, Fransa)
İlk oyun – 2:2.
23:00. “Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:1.
23:00. “Latsio” (İtaliya) – “Bodo Qlimt” (Norveç)
İlk oyun – 0:2.


