Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 6 qarşılaşma baş tutub.
UEFA Çempionlar Liqasında mübarizəni dayandıran və Avroliqada yarışmaq məcburiyyətində qalan Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə ilk matçına çıxıb. Ağdam klubu doğma meydanda Finlandiyanın HJK komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin çətin qələbəsi ilə başa çatıb.
“Şerif”, “Slaviya” (Praqa), “Olimpiakos” və “Zrinski” də evdə keçirdikləri ilk oyunlarını qalib başa vurublar. “Haken” isə səfərdə qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni demək olar ki, həll edib. İlk oyun günündə “Astana” da cavab matçı öncəsi qələbəyə sevinmişdi.
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri avqustun 17-də baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
8 avqust
“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) 2:1
10 avqust
“Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya) 2:1
“Jalgiris” (Litva) – “Haken” (İsveç) 1:3
“Şerif” (Moldova) – BATE (Belarus) 5:1
“Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna) 3:0
“Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) 1:0
“Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya) 6:2


