Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və eyni saatda başlayıb.
İngiltərənin “Mançester Yunayted” klubu doğma meydanda İtaliya “Roma”sı ilə üz-üzə gəlib. Bol qollu qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Digər yarımfinal görüşü isə İspaniya “Vilyarreal”ı ilə İngiltərənin “Arsenal” klubları arasında baş tutub. Bu oyunda da meydan sahibləri qələbəni bayram ediblər.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 6-da keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
29 aprel
Mançester Yunayted (İngiltərə) – Roma (İtaliya) 6:2
Qol: B.Fernandes, 9; 71-pen. Kavani, 48; 64. Poqba, 75. Qrinvud, 86 – Pelleqrini, 15-pen. Dzeko, 34.
Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə) 2:1
Qol: Triqeros, 5. Albiol, 29 – Pepe, 73.


