Avropa Liqasında Liqa mərhələsində 2-ci tur həyəcanı

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.

Azərbaycan çempionu “Qarabağ”ın doğma meydanda İsveç “Malmö”sü ilə qarşılaşacağı gündə növbəti rəqibləri də meydana çıxacaqlar.

“Qarabağ”ın 1-ci turda uduzduğu (0:3) “Tottenhem” Macarıstanda “Ferentsvaroş”un, “Ayaks” isə Çexiyada Praqa “Slaviya”sının qonağı olacaq.

Yunanıstanın “Olimpiakos” komandası doğma meydanda “Braqa” ilə qarşılaşacaq. “Bodo Qlimt” Belçikada “Yunion”la üz-üzə gələcək. Rumıniya təmsilçisi “Styaua” da səfərdə oynayacaq. Bu komanda Yunanıstanda PAOK-la münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan çempionunun rəqibi olan İsveçin digər təmsilçisi “Elfsborq” evdə “Roma”nı qəbul edəcək. Lion “Olimpik”i isə Şotlandiyada “Reyncers”lə görüşəcək.

Türkiyə klublarından “Qalatasaray” səfərdə RFS-in, “Fənərbaxça” “Tvente”nin qonağı olacaq. “Beşiktaş” isə doğma meydanda “Ayntraxt”la qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 3-cü turuna oktyabrın 23-də start veriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 2-ci tur
3 oktyabr

20:45. Latsio (İtaliya) – Nitsa (Fransa)
20:45. Slaviya (Praqa, Çexiya) – Ayaks (Niderland)
20:45. Real Sosyedad (İspaniya) – Anderlext (Belçika)
20:45. Olimpiakos (Yunanıstan) – Braqa (Portuqaliya)
20:45. Makkabi (Təl-Əviv, İsrail) – Midtyulland (Danimarka)
20:45. Ferentsvaroş (Macarıstan) – Tottenhem (İngiltərə)
20:45. Qarabağ – Malmö (İsveç)
20:45. Hoffenhaym (Almaniya) – Dinamo (Kiyev, Ukrayna)
20:45. RFS (Latviya) – Qalatasaray (Türkiyə)
23:00. Portu (Portuqaliya) – Mançester Yunayted (İngiltərə)
23:00. Reyncers (Şotlandiya) – Olimpik (Lion, Fransa)
23:00. PAOK (Yunanıstan) – Styaua (Rumıniya)
23:00. Viktoriya (Plzen, Çexiya) – Ludoqorets (Bolqarıstan)
23:00. Yunion (Belçika) – Bodo Qlimt (Norveç)
23:00. Atletik (İspaniya) – Alkmaar (Niderland)
23:00. Tvente (Niderland) – Fənərbaxça (Türkiyə)
23:00. Beşiktaş (Türkiyə) – Ayntraxt (Almaniya)
23:00. Elfsborq (İsveç) – Roma (İtaliya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: