Avropa Liqasında püşk atıldı, “Qarabağ”ın rəqibləri bəlli oldu

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşib.

Ağdam klubu püşkatmaya 2-ci səbətdən qatılmışdı. Püşk nəticəsində “Qarabağ” “Olimpiakos” (Yunanıstan), “Frayburq” və “Nant”la eyni qrupa düşüb.

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Avropa Liqası

A qrupu
Arsenal (İngiltərə)
PSV (Niderland)
Bodo Qlimt (Norveç)
Sürix (İsveçrə)

B qrupu
Dinamo (Kiyev, Ukrayna)
Renn (Fransa)
Fənərbaxça (Türkiyə)
AEK (Larnaka, Kipr)

C qrupu
Roma (İtaliya)
Ludoqorets (Bolqarıstan)
Betis (İspaniya)
HJK (Finlandiya)

D qrupu
Braqa (Portuqaliya)
Malmö (İsveç)
Union Berlin (Almaniya)
Yunion (Belçika)

E qrupu
Mançester Yunayted (İngiltərə)
Real Sosyedad (İspaniya)
Şerif (Moldova)
Omoniya (Kipr)

F qrupu
Latsio (İtaliya)
Feyenoord (Niderland)
Midtyulland (Danimarka)
Şturm Qrats (Avstriya)

G qrupu
Olimpiakos (Yunanıstan)
Qarabağ (Azərbaycan)
Frayburq (Almaniya)
Nant (Fransa)

H qrupu
Srvena Zvezda (Serbiya)
Monako (Fransa)
Ferentsvaroş (Macarıstan)
Trabzonspor (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: