Ayşən Abduləzimova yenə Macarıstan kubokunun qalibi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, millimizin kapitanı olan Ayşənin formasını geyindiyi “Vasas Obuda” finalda Azərbaycan yığmasının hücumçusu Marqarita Stepanenkonun şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandası ilə üz-üzə gəlib.

Həlledici qarşılaşmamaraqlı mübarizə şəraitində keçib. Bu görüşdə “Vasas Obuda” rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti dəfə kubokun sahibi olub.

Final matçında Ayşən Abduləzimova 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Abduləzimova hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub. Marqarita Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: