Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək qran-pri turnirində iştirak edəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.
Azərbaycan cüdoçuları böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər.
Millimizin Odivelasa yollanacaq heyətində bu cüdoçular yer alıblar:
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
-57 kq
Fidan Əlizadə
Acelya Toprak
Kişilər
-60 kq
Balabəy Ağayev
Turan Bayramov
-66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov
-73 kq
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
-81 kq
Səid Mollayi
Zelim Tçkayev
-90 kq
Elcan Hacıyev
Vüqar Talıbov
+100 kq
Uşanqi Kokauri


