Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ev-səfər prinsipi ilə keçirilən bu mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Zirə” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu oyunun taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Günün digər matçı isə Premyer Liqanın vahid lideri “Qarabağ”la “Qəbələ” arasında baş tutub. Dörd qolluq bu qarşılaşmada isə qalib müəyyənləşməyib.
Azərbaycan kubokunda 1/4 finalın digər iki ilk oyunu sabah keçiriləcək. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
8 dekabr
“Zirə” – “Neftçi” 1:0
Qol: Rəhim Sadıxov, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İK stadionu, 18:00.
Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
“Qarabağ” – “Qəbələ” 2:2
Qol: Musa Qurbanlı, 56; 86 – Emil Səfərov, 25. Omar Hani, 87.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
“Azersun Arena”, 20:30.
Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 6. Julio Romao.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.


