Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, buna 1/8 mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.
Qeyd edək ki, növbəti mərhələdən etibarən qalib iki oyunun nəticəsinə görə müəyyənləşəcək.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları fevralın 5-6-da, cavab matçları isə ayın 27-28-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
5-27 fevral 2025-ci il
Araz-Naxçıvan – Zirə
Səbail – Qarabağ
Kəpəz – Neftçi
Sabah – Sumqayıt


