Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Günün ilk oyunu Gəncədə keçirilib. Burada qərb derbisi çərçivəsində “Kəpəz”lə “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Qarşılaşmada hesabı ilk hissədə meydan sahibləri açıblar. Amma Tovuz təmsilçisi ikinci yarıda iki qol vurmaqla meydanı əzmkar qələbə ilə tərk etməyi bacarıb.
Digər oyun isə “Səbail”lə “Sabah” arasında keçirilib. Beş qolun qeydə alındığı bu oyunda isə meydan sahibləri qələbə qazanıblar. “Dənizçilər” nə qədər gözlənilməz olsa da, 73 dəqiqə ərzində bu mövsümün ən iddialı komandalarından biri olan “Sabah”a 3 cavabsız qol vurublar. Qonaq komanda yalnız son 10 dəqiqə ərzində buraxılan qollardan ikisinin əvəzini çıxmağı və intriqanı cavab matçına saxlamağı bacarıb.
Xatırladaq ki, ilk oyun günündə “Zirə” də “Neftçi”yə 1:0 hesabıyla qalib gəlmişdi. “Qarabağ” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları 19 və 20 dekabrda keçiriləcək.
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
9 dekabr
“Kəpəz” – “Turan Tovuz” 1:2
Qol: A.Şuaybu, 9 – R.Eva, 52-pen. E.Şahverdiyev, 64.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli.
Gəncə şəhər stadionu, 14:00.
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 20. Mahir Həsənov, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
“Səbail” – “Sabah” 3:2
Qol: L.Kizito, 32. F.Mazurek, 62; 73 – K.Sebalyos, 80. D.Volkov, 90+5.
Qırmızı vərəqə: N.Mehbalıyev, 12.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Bakı. “ASCO Arena”, 17:00.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Sabah: 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustəm Samiqullin, 10. Aleksey İsayev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.


