Azərbaycan – Lixtenşteyn: Start heyətlər

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində Azərbaycan – Lixtenşteyn oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, artıq sözügedən komandaların bu oyun üçün heyətləri də açıqlanıb.

Qeyd edək ki, bu görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Kristian-Petru Çoçirka olacaq.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Bu, millimizin yeni mövsümdəki ikinci sınağıdır. Komandamız daha öncə səfərdə Litva ilə sülh bağlayıb – 1:1. Lixtenşteyn isə evdə Litvaya 0:2 hesabıyla uduzub.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

1 oktyabr

20:00. Azərbaycan – Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çoçirka (Avstriya).
Yan hakimlər: Maksimilian Vays, Maykl Obritsberger (Avstriya).
Dördüncü hakim: Şafak Barmaksız (Avstriya).
VAR hakimi: Manuel Şüttengruber (Avstriya).
AVAR hakimi: Aleksander Harkam (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Emil Balayev, 5. Anton Krivotsyuk, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 8. Emin Mahmudov (k), 9. Musa Qurbanlı, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 17. Vüsal İsgəndərli, 19. Tellur Mütəllimov, 21. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 2. Edqar Adilxanov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 11. Ayxan Hüseynov, 13. Emil Səfərov, 15. Murad Xaçayev, 16. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 20. Aleksey İsayev, 22. Anatoli Nuriyev.
Baş məşqçi: Ayxan Abbasov.

Lixtenşteyn: 1. Benjamin Büxel, 3. Maks Göppel, 4. Lars Traber, 5. Yonas Vayssenhofer, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 13. Kenni Kindle, 18. Nikolas Hasler (k), 20. Alessio Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Lorenso Lo Russo, 2. Niklas Bek, 6. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 9. Villiam Pizzi, 14. Livio Meyer, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 19. Emanuel Zünd, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: