Cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Daşkənddə keçirilən Asiya kubokunda 2 qızıl medal qazanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, 5-6 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya kuboku keçirilib. Turnirdə Azərbaycan 8 çəki dərəcəsində 22 idmançı ilə mübarizə aparıb. 6 ölkədən 314 idmançının iştirak etdiyi yarışda Azərbaycan yeniyetmə oğlanlar arasında 2-ci, ümumi sıralamada isə 3-cü yerdə qərarlaşıb.
66 kq çəki dərəcəsində yarışan idmançımız Abil Yusubov final görüşündə gürcü cüdoçu Mate Qvelesyanini məğlub edərək qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Nahid Tarquliyev isə həlledici görüşdə qazaxıstanlı cüdoçu Dosbol Balqabaya qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan millisi Asiya kubokunda 2 medalla kifayətlənməli olub.


