Azərbaycan millisi Bakıda Lixtenşteynə qol vura bilmədi

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupdakı ikinci sınağında Lixtenşteyn yığmasını qəbul edib.

Sözügedən komandalar arasındakı görüş Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda baş tutub. Oyunu Avstriyadan olan ədalət təmsilçiləri idarə ediblər. Oyunun baş hakimi isə FIFA referisi Kristian Petru Çoçirka olub.

Bu, hər iki komandanın qrupdakı ikinci sınağı idi. Azərbaycan millisi daha öncə səfərdə Litva yığması ilə qarşılaşmış və heç-heçə ilə kifayətlənmişdi – 1:1. Lixtenşteyn yığması isə doğma meydanda Litvaya 0:2 hesabıyla uduzmuşdu. Millimiz qrup qalibi olmaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalı idi. Əks halda Litva ilə ev oyununda buna nail olmaq daha da çətin ola bilərdi.

Millimizin bütün cəhdlərinə baxmayaraq, Lixtenşteynlə oyunda qol vurmaq mümkün olmayıb. Tərəflər meydanı qolsuz tərk ediblər.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

1 oktyabr

Azərbaycan – Lixtenşteyn 0:0
Baş hakim: Kristian-Petru Çoçirka (Avstriya).
Yan hakimlər: Maksimilian Vays, Maykl Obritsberger (Avstriya).
Dördüncü hakim: Şafak Barmaksız (Avstriya).
VAR hakimi: Manuel Şüttengruber (Avstriya).
AVAR hakimi: Aleksander Harkam (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Emil Balayev, 5. Anton Krivotsyuk, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 8. Emin Mahmudov (k), 9. Musa Qurbanlı, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 17. Vüsal İsgəndərli, 19. Tellur Mütəllimov, 21. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 2. Edqar Adilxanov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 11. Ayxan Hüseynov, 13. Emil Səfərov, 15. Murad Xaçayev, 16. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 20. Aleksey İsayev, 22. Anatoli Nuriyev.
Baş məşqçi: Ayxan Abbasov.

Lixtenşteyn: 1. Benjamin Büxel, 3. Maks Göppel, 4. Lars Traber, 5. Yonas Vayssenhofer, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 13. Kenni Kindle, 18. Nikolas Hasler (k), 20. Alessio Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Lorenso Lo Russo, 2. Niklas Bek, 6. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 9. Villiam Pizzi, 14. Livio Meyer, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 19. Emanuel Zünd, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.

Xallar: Litva – 4. Azərbaycan – 2. Lixtenşteyn – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: