Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa kubokunda iştirak edəcək.
Arena.az xəbər verir ki, 29-30 iyulda baş tutacaq turnirdə 29 ölkədən 310 idmançı mübarizə aparacaq.
Azərbaycan millisi yarışda qızlar və oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçular gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında çıxış edəcək.
İdmançılarımız 31 iyul-2 avqust tarixlərində Berlində Avropa Cüdo Birliyinin təşkilatçılığı keçiriləcək beynəlxalq təlim-məşq toplanışına da qatılacaqlar.
Qızlar
-52 kq
Zeynəb Məmmədova
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
+78 kq
Nigar Süleymanova
Oğlanlar
-66 kq
Nizami İmranov
Nicat Nağıyev
Samir Piriyev
İslam Rəhimov
-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə
Qədir Hüseynov
Aydın Rzazadə
-90 kq
Əjdər Bağırov
Vüqar Talıbov
İsmayıl Zamanov
+100 kq
Kənan Nəsibov


