Azərbaycan millisi FIFA reytinqində daha 4 pillə gerilədi

Uzun müddətdir qələbə üzünə həsrət qalmış futbol üzrə Azərbaycan millisi FIFA reytinqində daha 4 pillə geriləmək məcburiyyətində qalıb.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132,97 xalla hazırda 127-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamız əvvəlki siyahıda 1142,25 xalla 123-cü idi. Azərbaycan millisi bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.

FIFA reytinqinin ilk pilləsində İspaniya yığması yer alıb. Argentina millisi ikinci, Fransa yığma komandası isə üçüncü pillədə yer alıb.

Reytinqin ilk 10 pilləsində bu komandalar qərarlaşıblar:

  1. İspaniya – 1877,18
  2. Argentina – 1873,33
  3. Fransa – 1870
  4. İngiltərə – 1834,12
  5. Braziliya – 1760,46
  6. Portuqaliya – 1760,38
  7. Niderland – 1756,27
  8. Belçika – 1730,71
  9. Almaniya – 1724,15
  10. Xorvatiya – 1716,88
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: