Azərbaycan millisi MDB oyunlarına 16 boksçu ilə yollandı

Gənc boksçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq sayca ikinci MDB Oyunlarında iştirak edəcək.

Arena.az xəbər verir ki, avqustun 4-dən 14-nə qədər baş tutacaq boks yarışlarında yığmamız 16 idmançı ilə təmsil olunacaq.

Belarusda baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında bu boksçularımız qüvvələrini sınayacaqlar:

Ramal Yolçuyev (48 kq)
Sübhan Məmmədov (51 kq)
Ömər Aslanlı (54 kq)
Məhəmmədəli Aşurəliyev (57 kq)
Məhəmmədəli Qasımzadə (60 kq)
Aslan Quliyev (63,5 kq)
Sənan Hətəmov (67 kq)
Ziya Həsənov (71 kq)
Fərhad Şeydayev (75 kq)
İlfan Xəlilli (80 kq)
Həsən Sadıqzadə (+92 kq)

Qızlardan ibarət komanda yarışda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, MDB Oyunlarında bu idmançılara şans verib:

Lalə Mədətova (48 kq)
Aysu İsmayılova (50 kq)
Nərmin Əlizadə (52 kq)
Aynur Mikayılova (54 kq)
Qızbəs İsgəndərə (60 kq)

Belarusda Emil Qurbanəliyev isə referi kimi Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu gün səfərə yollanan Azərbaycan millisi avqustun 14-də Bakıya qayıdacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: