Azərbaycan millisi Polşaya 13 cüdoçu ilə yollanır

Cüdo üzrə Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçiriləcək cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fevralın 26-da start veriləcək yarış iki gün davam edəcək. Bu turnirdə Azərbaycanın 13 idmançısı qüvvəsini sınayacaq.

Yığmamız turnirə böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərliyi altında yollanacaq. Kişilərdən ibarət Azərbaycan millisi turnirə bu heyətlə gedəcək:

60 kq
Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov

66 kq
İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev

73 kq
Nəriman Mirzəyev, Zaməddin Poladov

81 kq
Zelim Tçkayev

90 kq
Vüqar Talıbov, Coşqun Abdullayev

+100 kq
İmran Yusifov və Camal Feyziyev

Açıq Avropa turnirində 34 ölkədən 493 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: