Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniyanın “Horia Demian” idman zalında son məşqinə çıxıb.

Arena.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq yığmamız bu gün 21:00 da ilk rəsmi görüşünü İspaniya millisinə qarşı keçirəcək.

Voleybolçularımız Qızıl Avropa Liqasına hazırlıq mərhələsində vaxtın az olmasına baxmayaraq, təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq görüşü də keçirib.

Komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.

Qızıl Avropa Liqası
A qrupu

Birinci dövrə, Rumıniya

28.05.21
21:00. İspaniya – Azərbaycan

29.05.21
18:00. Azərbaycan – Rumıniya

30.05.21
21:00. Fransa – Azərbaycan

İkinci dövrə, Fransa

04.06.21
19:00. İspaniya – Azərbaycan
05.06.21

22:00. Fransa – Azərbaycan

06.06.21
17:00. Azərbaycan – Rumıniya