Azərbaycan millisi Sloveniyaya qalib gəldi, Kamerunla…

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, Avropa çempionatına hazırlıq çərçivəsində baş tutan ilk yoxlama matçında rəqib Kamerun yığması olub.

Bu oyun 2:2 hesabı ilə yekunlaşıb. Qızlarımız növbəti iki yoxlama oyununu isə yerli Sloveniya yığmasına qarşı keçiriblər. Qarşılaşmaların birində Sloveniya yığması 3:1 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz Sloveniyada daha bir yoxlama görüşü keçirəcək. Sonuncu rəqib Macarıstan yığması olacaq.

Sonda onu da bildirək ki, Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Növbəti qarşılaşmalarda rəqiblərimiz Almaniya,Türkiyə, Yunanıstan və İsveç yığmaları olacaq.

Millimiz C qrupunda yer alır. Qrup oyunlarımıza Almaniyanın Düsseldorf şəhəri ev sahibliyi edəcək.

Qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. C qrupunda mərhələ adlayacaq komandalar bu raundda A qrupunda 1-4-cü yerləri tutacaq komandalarla qarşılaşacaqlar (C1-A4, C2-A3, C3-A2, C4-A1).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: