Azərbaycan millisi “Zuğulba”da hazırlaşır

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışı keçir. Arena.az xəbər verir ki, martın 10-dan etibarən start götürən hazırlıq prosesi ayın 19-na qədər davam edəcək.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komandamız gündə iki dəfə olmaqla məşq edir. Toplanış müddətində bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır.

Bu təlim-məşq toplanışı 18-23 iyul aralığında Andorrada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: