Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, komandamız Fransada təşkil olunan ikinci dövrənin ikinci matçında meydan sahibləriylə qarşılaşıb.
Voleybolçularımız bu oyunda da uğur qazana bilməyiblər. Komandamız hər üç seti məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda mübarizə aparır. Rumıniyada təşkil olunan ilk dövrədəki bütün matçlarında uduzan voleybolçularımız sonuncu görüşünü sabah Rumıniyaya qarşı keçirəcək.
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qızıl Avropa Liqası
A qrupu
5 iyun
Fransa – Azərbaycan 3:0 (25:14, 25:19, 22:20)