Azərbaycan yığması Tacikistanın paytaxtı Düşənbə şəhərində yeniyetmə boksçular arasında keçirilmiş beynəlxalq turnirdə iştirak edib.
Arena.az xəbər verir ki, Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstanın 155 idmançısının qatıldığı yarışda millimizin üzvləri 4 medal qazanıblar.
Komandamız bu yarışda məşqçilər Ayaz Baxşıyevlə Zaur Məmmədovun rəhbərliyi altında mübarizə aparıb. Komandamızda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) gümüş, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) bürünc medala yiyələniblər.
Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.
Azərbaycan yığması Bakıya bu gün qayıdacaq.


