Azərbaycan yığması Polşaya da uduzdu, qrup sonuncusu oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, İtaliyada təşkil olunan bu qrupun sonuncu turunda yığmamız Polşa futbolçuları ilə qarşılaşıb.

Komandamız bu dəfə də meydanı məğlubiyyətlə tərk edib. Lakin əvvəlki oyunlarda darmadağına üzülən futbolçularımız Polşa ilə görüşdə 2 cavabsız qolla uduzublar.

Azərbaycan yığması əvvəlki turlarda Norveçə 0:7, İtaliyaya isə 0:9, hesabıyla məğlub olmuşdu. Bu nəticələrdən sonra komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.

Son turda Norveçlə 1:1 hesablı heç-heçəyə razılaşan İtaliya yığması daha yaxşı top fərqinə görə qrup birincisi olub. Norveç yığması ikinci, Polşa seçməsi isə üçüncü yeri tutub.

AÇ-2022-nin seçmə mərhələsi
7-ci qrup
26 oktyabr

Azərbaycan – Polşa 0:2
Qol: Kinqa, Bişçad, 50. Katya Skupien, 90+1.
Baş hakim: Luiza Tompson.

Azərbaycan: 12. Güləryüz Göknur, 2. Bozkurt Tuğba Nur (5. Bir İrem, 70), 3. Rəhimova Milana, 4. Cəfərova Fidan, 7. Muradova Aysun, 9. Əlizadə Lamiyə, 11. Senses Fatma Nur, 13. Nəhmədova Alina (k), 15. Kocabey Buse Nur (10. Məmmədova Nahidə, 90+3), 17. Səfərəliyeva Pərvin (16. Zamanlı Züleyxa, 90), 19. Əhmədli Fatimə (6. Aşırova Samirə, 90).
Ehtiyat oyunçular: 1. Feyzullayeva Aytac, 8. Tarverdizadə Nurçin, 14. Ağayeva Leyla, 18. Hancerli Ceren Nur, 20. Abdullayeva Türkan.
Baş məşqçi: Vüqar Əsgərli.

Polşa: 12. Nataliya Radkeviç, 3. Kinqa Bişçad, 4. Oliviya Oqerman (6. Martina Seradzka, 63), 5. Karolina Gec, 7. Veronika Kaczor, 8. Maqdalena Sobal (20. Marçelina Preuss, 62), 9. Nadita Krezman (11. Nikola Debinska, 76), 10. Nataliya Vrobel (2. Katya Skupien, 76), 17. Aleksandra Dudjyak (k), 18. Martina Bus (14. Oliviya Katoviç, 70), 19. Marçelina Bus.
Ehtiyat oyunçular: 1. Oliviya Simçak, 13. Katarjina Jezyoro, 15. Yoanna Krjizanovska, 16. Qabriela Kedziya.
Baş məşqçi: Katarjina Barleviç.

Xal durumu: İtaliya – 7, Norveç – 7, Polşa – 3, Azərbaycan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: