Azərbaycanın U-21 millisi Estoniyaya 5 cavabsız qol vurdu

Azərbaycanın U-21 millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı 8-ci matçında Estoniya ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion”da keçirilən oyunu Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edib. Keçirdiyi 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya yığması qrupumuzun aşkar autsayderi idi. Bu oyuna qədər cəmi 4 xalı olan Azərbaycan yığması isə yalnız estonları qabaqlayırdı.

Bu rəqiblə oyun yığmamız üçün də uğurlu alınıb. Komandamız səfərdə 5 cavabsız qola sevinib. “Qarabağ”ın hücumçusu Musa Qurbanlının dubla imza atdığı oyunda, Rüfət Abdullazadə, Ceyhun Nuriyev və İsmayıl Zülfüqarlı hərəyə 1 dəfə fərqlənib.

Bu qələbədən sonra millimiz yer aldığı A qrupunda 7 xalla 5-ci pillədə qərarlaşıb. Bu gün qrupumuzda daha iki qarşılaşma baş tutub. Finlandiya səfərdə Avstriyaya 3:2 hesabıyla qalib gəlib. Norveç isə evdə Xorvatiyanı 3:2 hesabıyla məğlub edib.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi daha öncə Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6, evdə 0:3, Norveçə isə evdə 1:2 hesabı ilə uduzub. Komandamız yalnız Finlandiya ilə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılmış, Estoniyaya isə 3:0 hesabıyla qalib gəlmişdi.

Komandamız seçmə mərhələdəki son matçlarını iyunun 7-də Finlandiyaya, ayın 14-də isə Norveçə qarşı keçirəcək. Hər iki oyun səfərdə baş tutacaq.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
3 iyun

Estoniya – Azərbaycan 0:5
Qol: M.Qurbanlı, 3; 33. R.Abdullazadə, 49-pen. C.Nuriyev, 50. İ.Zülfüqarlı, 84.
Baş hakim: Robert İan Jenkins (Uels).
Parnu. “Parnu Rannastaadion”.

Estoniya: 1. Karl Kaiser Kiidyarv, 2. Kristo Hussar, 3. Kristoffer Qrauberq Lepik, 4. Sander Aleks Liit, 6. Kristyan Pelt, 7. Robi Saarma, 8. Mihkel Yarviste (k), 10. Henri Valya, 16. Rocco Shein, 17. Mixael Şyonning-Larsen, 18. Markus Allast.
Ehtiyat oyunçular: 12. Kaur Kivila, 5. Kaspar Laur, 9. Danil Kuraksin, 13. Otto-Robert Lipp, 14. Rasmus Saar, 15. Artur Şarnin, 19. Daniil Petrunin, 20. Oliver Rass, 21. Joonas Soomre.
Baş məşqçi: Roman Kojuxovski.
Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 16. Ədilxan Qarəhmədov, 17. Rüfət Abdullazadə, 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 3. Arsen Ağcabəyov, 6. İldar Ələkpərov, 8. Səbuhi Abdullazadə, 14. Fərid Yusifli, 18. Abdullah Xaybullayev, 20. Rauf Əhmədov, 21. İsmayıl Sülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.

Xal durumu: Xorvatiya – 19, Norveç – 18, Finlandiya – 16, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: