“Azərreyl” ilə İspaniya klubu arasındakı oyunların vaxti bilindi

Çelenc kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu mərhələdə İspaniyanın “Avarca de Menorca” kollektivi ilə üz-üzə gələcək.

Bu komandalar arasındakı ilk qarşılaşma noyabrın 9-da keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyuna saat 19:00-da start veriləcək.

Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. Səfərdə baş tutacaq cavab matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: