Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc kubokunda növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 1/16 final mərhələsində İspaniyanın “Avarka de Menorka” kollektivi ilə qarşılaşacaq.
Azərbaycan klubu bu rəqiblə ilk matçını Bakıda keçirəcək. Əvvəlki raundda Ukraynanın “Balta” komandasını üstələmiş Bakı klubu bu rəqibini də mübarizədən kənarlaşdırmağa çalışacaq. İspanlarla ilk matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcək.
Bu komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. Səfərdə baş tutacaq cavab matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlmişdi.
Çelenc Kuboku
1/16 finalın ilk oyunu
9 noyabr
19:00. “Azərreyl” – “Avarka de Menorka”
Bakı. Voleybol Mərkəzi.


