“Azərreyl” üçün 1/16 finalda İspaniya sınağı

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc kubokunda növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 1/16 final mərhələsində İspaniyanın “Avarka de Menorka” kollektivi ilə qarşılaşacaq.

Azərbaycan klubu bu rəqiblə ilk matçını Bakıda keçirib. Əvvəlki raundda Ukraynanın “Balta” komandasını üstələmiş Bakı klubu bu rəqibinə də ilk oyunda 3:1 hesabıyla qalib gəlib. İndi təmsilçimiz ispanları cavab matçında da məğlub etməklə 1/8 finala yüksəlməyə çalışacaq.

Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə Fransanın “Neptunes Nantes” və Çexiyanın “Olimp Praqa” klublarının qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyununda Fransa təmsilçisi quru hesabla qələbə qazanıb.

Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlmişdi.

Çelenc Kuboku
1/16 finalın cavab oyunu
15 noyabr

23:00. “Avarka de Menorka” – “Azərreyl”
“Pavello Municipal de Ciutadella”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: