“Azərreyl” Ukrayna klubuna ilk oyunda qalib gəldi

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası bu gün avrokubokların 2023/2024 mövsümündə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsi çərçivəsində Ukraynanın “Balta” kollektivi ilə qarşılaşıb.

Bu rəqiblə ilk oyun Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Azarkeşlər üçün zala girişin sərbəst olduğu bu oyun təmsilçimizin qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, komandamız hər üç setdə eyni hesabla (25:18) qalib gəlib.

Qeyd edək ki, bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.

Çelenc Kuboku
1/32 final mərhələsinin ilk oyunu
17 oktyabr

“Azərreyl” – “Balta” 3:0 (25:18, 25:18, 25:18)
Bakı. Voleybol Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaş: